Noyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə zəif yağış yağacağı ehtimal edilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7–10, gündüz 13–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm-dən 758 mm civə sütununa enəcək, nisbi rütubət 55–65 faiz təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində yağıntı, dağlıq yerlərdə isə qar gözlənilir. Ayrı-ayrı ərazilərdə duman olacaq, qərb küləyi əsəcək.
Temperatur rayonlarda gecə 5–9, gündüz 15–19 dərəcə isti, dağlarda isə gecə 3–8 dərəcə şaxta, gündüz 5–10 dərəcə isti olacaq.

