Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan vəzifəsindən ayrılmaq niyyətində olduğunu bildirib.
Bu barədə İrlandiyanın RTE teleradio şirkəti məlumat yayıb.
“Dörd ildir bu vəzifədə çalışıram və düşünürəm ki, artıq yerimi başqasına verməyin vaxtı çatıb”, – deyə O'Sallivan bildirib.
O, 2023-cü ilin yanvarında Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu müddətdə əsasən Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət və onların üçüncü ölkələr vasitəsilə pozulmasının qarşısını almaq üçün aparılan danışıqlarla məşğul olub.
Qeyd edək ki, O'Sallivan 2014–2019-cu illərdə Aİ-nin ABŞ-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

