Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana rəsmi səfərə gəlir.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin əsas məqsədi iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsidir. Bu, Vadefulun Almaniyanın xarici işlər naziri kimi Bakıya ilk səfəridir.
Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.
Danışıqlarda iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı və Cənubi Qafqazda sülh prosesi əsas müzakirə mövzuları olacaq.
Noyabrın 18-də isə Vadeful Ermənistana səfər edəcək. İrəvanda onun Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşləri planlaşdırılır.

