Neftçala rayonunda ev sahibinə quldurluq edilərək 11 min manat pulunun ələ keçirilməsi ilə bağlı iki nəfər həbs olunub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.
Araşdırma zamanı onların quldurluğu əvvəlcədən planlaşdırdıqları və ələ keçirdikləri pulu öz aralarında bölüşdürdükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

