Muskat qozunun həddindən artıq istehlakı sinir sistemində ciddi pozuntulara səbəb ola bilər.
Bu barədə həkim-dietoloq və kardioloq Tatyana Zaletova “Moskva 24”ə müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, muskat qozundan zəhərlənmə əlamətləri qəbuldan 1–6 saat sonra ortaya çıxa bilər. Simptomlara şüur bulanıqlığı, ürəkdöyünmə, ürəkbulanma, göz bəbəklərinin genişlənməsi və hərəkət pozuntuları daxildir.

Həkim bildirib ki, mağazalarda kiçik paketlərdə satılan muskat qozu da yüksək miqdarda qəbul edildikdə zəhərlənməyə səbəb ola bilər.
Zaletova bu ədviyyatdan yalnız az miqdarda istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, souslara, sıyıqlara və şirniyyatlara bıçağın ucunda əlavə edilən muskat qozu adətən təhlükə yaratmır.

