İsrail aylar sonra Livanın Suriya ilə sərhədində yerləşən Bəqa vadisinə hava zərbəsi endirib.
Hücum zamanı “Hizbullah”a məxsus olduğu iddia edilən silah yükünün hədəf alındığı bildirilir.
Bölgədə gərginliyin artdığı bir vaxtda ABŞ-nin BMT-nin Livandakı müvəqqəti sülhməramlı qüvvələrini (UNIFIL) əvəz etmək üçün 100 nəfərlik yeni beynəlxalq qüvvə yaratmaq imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılıb.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə “Hizbullah”ı silahlarını yerə qoymağa çağırıb.
“Heç bir ölkənin iki ordusu ola bilməz”, – deyə Uolts bildirib.

