dek
2023
09:50
582

Qubada film kimi ƏMƏLİYYAT: İkisi bacı-qardaş olmaqla 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb-FOTO/VİDEO

5 dek, 2023
09:50
582

Qubada film kimi ƏMƏLİYYAT: İkisi bacı-qardaş olmaqla 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb-FOTO/VİDEO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan Den.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında  şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.
Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna, - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Orxan Əsədullayev və Sadiq Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba RPŞ-də  cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar