17 
dek
2023
00:20
614

Sumqayıtda baş verən ağır qəzada polis nəfəri həyatını itirdi-FOTO/VİDEO

17 dek, 2023
00:20
614

Sumqayıtda baş verən ağır qəzada polis nəfəri həyatını itirdi-FOTO/VİDEO

Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Den.az” xəbər verir ki, 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, KİA və BMV markalı avtomobillər toqquşub.


Nəticədə BMV markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.


Araşdırma aparılır.


Məlumat üçün bildirək ki, qəzada ölən və yaralanan şəxslər Abşeron rayon Polis İdarəsinin əməkdaşlarıdır.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar