İran son 48 saat ərzində Yaxın Şərqdə ABŞ-a məxsus azı doqquz hərbi obyekti vurub.
Bu barədə CNN peyk görüntüləri və hadisə yerindən əldə olunan videolara istinadən məlumat yayıb.
Məlumata görə, zərbələrə məruz qalan hərbi bazalar əsasən Fars körfəzi boyunca, İrana yaxın ərazilərdə yerləşib. Söhbət Küveytdə yerləşən dörd obyekt, Birləşmiş Ərəb Əmirliklərində iki hərbi baza, həmçinin Bəhreyn, İraq və Qətərdə bir-bir hərbi obyektdən gedir.
Telekanalın məlumatına görə, Küveytin Əş-Şuayba limanına endirilən zərbə nəticəsində altı amerikalı hərbçi həyatını itirib.

