Livanın paytaxtı Beyrutun mərkəzində güclü partlayış baş verib, hadisənin İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi ilə bağlı olduğu iddia olunur.
Bu barədə Reuters agentliyi şahidlərə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri şəhərin Əl-Başura rayonunda yerləşən və “Hizbullah”a aid olduğu bildirilən obyekti hədəfə alıb.
Bildirilir ki, hücumdan əvvəl İsrail ordusu ərazi sakinlərinə xəbərdarlıq edib və onların bölgəni tərk etməsi istənilib. Bu isə mümkün itkilərin qarşısını qismən ala bilər.
Hazırda ölən və yaralananlarla bağlı dəqiq məlumat verilməyib.
Hadisə İsrail ilə “Hizbullah” arasında artan gərginliyin davamı kimi qiymətləndirilir.

