Livanın “Hizbullah” hərəkatı İsrailə qarşı “Əl-Əsf əl-Maakul” (“Yeyilmiş yarpaqlar”) adlı yeni hərbi əməliyyatın başladığını rəsmi elan edib.
Məlumata görə, bəyanatdan dərhal sonra İsrail aviasiyası Beyrutun cənub ətrafına təxminən səkkiz hava zərbəsi endirib.
Al-Hadath telekanalının məlumatına əsasən, əməliyyatın elanından sonra Livandan İsrail ərazisinə 100-dən çox raket buraxılıb.
İsrail hücuma dərhal cavab verib. Bildirilir ki, son 15 dəqiqə ərzində Beyruta təxminən səkkiz aviazərbə endirilib, şəhər üzərində isə İsrailə məxsus pilotsuz uçuş aparatları patrul uçuşlarını davam etdirir.

