ABŞ və Səudiyyə Ərəbistanının silahlı qüvvələri iyulun 28-i axşam saatlarında İraqda İranla əlaqəli silahlı qruplaşmaların mövqelərinə birgə zərbələr endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, əməliyyatın hədəfində İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum etmək tapşırığı verdiyi silahlı şəxslər olub.
CENTCOM zərbələrin koordinasiyalı və dəqiq şəkildə həyata keçirildiyini bildirib. Hücumların nəticələri, vurulan obyektlərin sayı və mümkün itkilərlə bağlı isə əlavə məlumat açıqlanmayıb.

