Nikaraqua çempionatında iki yerli komandanın oyunu qeyri-adi hadisəyə görə dayandırılıb.
Den.az xəbər verir ki, hadisə 84-cü dəqiqədə qeydə alınıb. Futbolçular cəld yerə uzanıblar.
Məlum olub ki, arı sürüsü oyunçulara hücum edib. Çağırılmamış qonaqlar bir dəqiqədən az müddətə meydançada dövrə vurandan sonra uçub gediblər.