İtaliyalı mütəxəssis Enzo Maresca Londonun Chelsea klubunun baş məşqçisi vəzifəsindən ayrılıb. Bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.
Açıqlamada bildirilir ki, komandanın qarşısında hələ də dörd turnirdə, o cümlədən Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə mühüm hədəflər dayandığından, həm klub, həm də Mareska məşqçi dəyişikliyinin mövsümü düzgün məcraya qaytarmaq üçün ən yaxşı imkan olduğunu hesab edir. Klub Mareskaya gələcək fəaliyyətində uğurlar arzulayıb.
Hazırkı mövsümdə İngiltərə Premyer Liqasında Chelsea 19 turdan sonra 30 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. London təmsilçisi lider Arsenaldan 15 xal geri qalır.

