Serbiyalı tennisçi Novak Cokoviç Melburnda keçirilən Australian Open-2026 turnirinin yarımfinalında italiyalı Yannik Sinneri məğlub edərək finala yüksəlib.
Beş setlik dramatik qarşılaşma serbiyalının qələbəsi ilə yekunlaşıb — 3:6, 6:3, 4:6, 6:4, 6:4.
ATP reytinqində Cokoviç 4-cü, Sinner isə 2-ci pillədə qərarlaşıb.
Finalda Cokoviç dünyanın bir nömrəli raketkası, ispaniyalı Carlos Alcarazla üz-üzə gələcək.
Bu iki tennisçinin qarşıdurma tarixində indiyədək 9 oyun keçirilib və qələbələrdə hesab 5:4 serbiyalının xeyrinədir. Onların son görüşü 2025-ci ilin sentyabrında, US Open yarımfinalında baş tutub və həmin oyunda Alkaras qalib gəlib. İspaniyalı tennisçi, həmçinin, Cokoviçi Wimbledon turnirinin finalında iki dəfə məğlub edib.

