İtaliya A Seriyasının 23-cü turu çərçivəsində “Udineze” və “Roma” komandaları üz-üzə gəlib.
Qarşılaşma Udinedə yerləşən “Bluenergy” stadionunda baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda vurulan yeganə qola 49-cu dəqiqədə Yurgen Ekkelenkamp imza atıb.
Bu qələbədən sonra “Udineze” 32 xalla turnir cədvəlində 9-cu pilləyə yüksəlib. “Roma” isə 43 xalla 5-ci yerdə qərarlaşıb.
Növbəti turda “Udineze” 8 fevralda səfərdə “Leççe” ilə, “Roma” isə 9 fevralda öz meydanında “Kalyari” ilə qarşılaşacaq.

