"Mançester Siti" İngiltərə Premyer Liqasının XX turunun ev oyununda "Çelsi" ilə 1-1 hesablı heç-heçə edib.
"Denmedia.az" xəbər verir ki, meydan sahiblərinin qolunu Tijani Reynders 42-ci dəqiqədə vurub.
Qonaqların heyətində Enzo Fernandes fərqlənib (90+4).
"Mançester Siti" İngiltərə Premyer Liqasının ardıcıl səkkiz oyununda məğlubiyyət tanımır (altı qələbə, iki heç-heçə). Komandanın 42 xalı var, turnir cədvəlində ikinci yerdədir, lider "Arsenal"dan altı xal geridədir.
"Çelsi" baş məşqçi Enzo Mareskanın istefasından sonra ilk oyununu keçirib. London klubu 31 xalla beşinci yerdədir.
"Mançester Siti" növbəti turda "Brayton"u qəbul edəcək, "Çelsi" isə səfərdə "Fulhem"lə oynayacaq. Hər iki oyun 7 yanvarda keçiriləcək.

