Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
DenMedia.az xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.
Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.
Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

