Rusiyalı avtomobil yarışçısı Yeqor Orujev bildirib ki, “Formula 1” hazırda Maks Verstappen üçün daha çox mənfi tərəflər gətirir.
Bu barədə o, “Çempionat”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, bu vəziyyət niderlandlı pilotun “kral yarışları”ndan ayrılması ehtimalını artırır.
Orujev qeyd edib ki, Verstappen artıq hər şeyi qazanıb və sübut edib, buna görə də motivasiya əvvəlki kimi deyil.
“Özünü Maksın yerinə qoy: sən ən yaxşı olduğunu bilirsən. Çoxlu titullar qazanmısan, kifayət qədər pul qazanmısan. İndi isə ‘Formula 1’ sənə yalnız mənfi emosiyalar verir”
Ekspertin fikrincə, Verstappen publiklikdən uzaqdır və sadəcə yarışmaq istəyir, lakin hazırda yarışın özü azalıb, texniki detallara isə daha çox diqqət yetirilir.

