Argentina futbolçusu Emiliano Endrizzi, “Gimnasia y Esgrima” klubunun üzvü, təyyarənin göyərtəsində polis tərəfindən saxlanılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 32 yaşlı futbolçu uçuşdan bir neçə dəqiqə əvvəl zarafatla “yanımda bomba var” deyə qışqırıb.
“Çempionat”ın məlumatına görə, hadisə səbəbindən uçuş təxirə salınıb və hava limanının fəaliyyəti pozulub. Nəticədə 1200-dən çox sərnişin vaxtında uça bilməyib.

