Türkiyə Süper Liqasının 33-cü həftəsində “Qalatasaray” öz meydanında “Antalyaspor”u 4-2 hesabı ilə məğlub edərək 26-cı çempionluğunu rəsmiləşdirib.
“Denmedia.az” xəbər verir ki, bununla da “sarı-qırmızılılar” ardıcıl 4-cü, ümumilikdə isə 26-cı dəfə Türkiyə çempionu olublar.
Xatırladaq ki, bu komandalar arasında mövsümün ilk yarısında Antalyada keçirilən görüş də “Qalatasaray”ın 4-1 hesablı üstünlüyü ilə başa çatmışdı.

