UFC rəhbəri Dana Uayt ABŞ Prezidenti Donald Trampla Ağ Evdə şam yeməyi zamanı üzləşdiyi qəribə detalı açıqlayıb.
Uayt bildirib ki, açıq havada keçiriləcək turnirlərdə onu ən çox narahat edən məsələlərdən biri böcəklərdir. Onun sözlərinə görə, Ağ Evdə olarkən ərazidə xeyli böcək olub və güclü işıqlandırma şəraitində bu, döyüşçülər üçün əlavə problem yarada bilər.
Orada o qədər böcək var idi... Döyüşçü olduğunuzu düşünün: işıqlandırma sistemi, işığın gücü... Açıq havada döyüş keçirməyi sevməməyimin səbəbi də budur,— deyə Dana Uayt bildirib.
Qeyd edək ki, UFC turnirinin iyunun 14-də Ağ Evin qarşısındakı qazonda keçirilməsi nəzərdə tutulur. Gecənin əsas döyüşündə İliya Topuriya və Castin Getci qarşılaşacaq.

