Amerikalı tennisçi Emma Navarro Fransanın Strasburq şəhərində keçirilən WTA 500 kateqoriyalı turnirin qalibi olub.
Finalda 25 yaşlı amerikalı kanadalı tennisçi, dünyanın doqquzuncu raketkası Viktoriya Mbokonu 6:0, 5:7, 6:2 hesabı ilə məğlub edib.
Navarro hazırda dünya reytinqində 39-cu yerdədir. O, karyerasında üçüncü WTA titulunu qazanıb.
Onun atası Ben Navarro milyarderdir və Credit One Bankın sahibidir. Forbes onun sərvətini 3,2 milyard dollar qiymətləndirir.
Navarro Strasburqdakı qələbəsinə görə 161,31 min avro mükafat və 500 reytinq xalı qazanacaq.

