İranla əlaqəli olduğu bildirilən Handala haker qrupu FTB-yə məxsus pilotsuz uçuş aparatlarını sındırdığını iddia edib.
CBS News-un məlumatına görə, hakerlər futbol üzrə dünya çempionatının keçirilməsi ilə bağlı təhdid xarakterli açıqlama yayıblar.
Qrup açıqlamasında mundial zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib və bəzi komandaları sevmədiklərini bildirib.
“Dünya çempionatında təhlükəsizliyi gücləndirsəniz yaxşı olar. Bu komandalardan bəziləri heç xoşumuza gəlmir. Unutmayın: FPV-dronlar hər yerdədir. Onlardan birinin komandanızın avtobusunun yanında nə zaman peyda olacağını heç vaxt bilmirsiniz”, — deyə hakerlərin açıqlamasında qeyd olunub.
Məlumata görə, futbol üzrə dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Meksika və Kanadada keçirilir.
Hazırkı dünya çempionu Argentina millisidir. Argentina 2022-ci ildə keçirilən finalda Fransa yığmasını məğlub edərək titul qazanmışdı.

