İngiltərə millisinin sabiq hücumçusu Cey Botroyd portuqaliyalı futbolçu Kriştianu Ronaldunu Portuqaliya yığması üçün “maneə” adlandırıb.
Bu barədə Sky Sports sosial şəbəkə hesablarında məlumat yayıb.
“Bu gün Ronaldunun sadiq azarkeşləri məni sevməyəcək, amma görünür, bütün diqqət onun üzərində cəmlənib. Hazırda o, Portuqaliya üçün köməkdən çox maneəyə çevrilir”, — deyə Botroyd bildirib.
Qeyd edək ki, dünya çempionatındakı ilk oyununda Portuqaliya yığması DR Konqo ilə heç-heçə edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçın 6-cı dəqiqəsində Portuqaliya millisinin futbolçusu Joa Neveş hesabı açıb. Birinci hissənin sonlarında isə DR Konqo yığmasının oyunçusu Yoan Vissa dəqiq zərbə ilə tarazlığı bərpa edib.
Portuqaliya növbəti oyununu 23 iyunda Özbəkistana qarşı keçirəcək. Görüş Moskva vaxtı ilə saat 20:00-da başlayacaq.
Ronaldu DR Konqo ilə oyuna 41 yaş 132 günlük olarkən start heyətində çıxıb. Bu isə dünya çempionatları tarixində meydan oyunçuları arasında yaş göstəricisinə görə rekord olub.
Bundan başqa, portuqaliyalı futbolçu altıncı dünya çempionatında iştirak edərək Lionel Messinin göstəricisini təkrarlayıb.

