NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən Macarıstanın Baş naziri Peter Magyar rəsmi görüşlərindən sonra ölkədə istirahətini davam etdirir.
İstanbul və Ankaranın tarixi və turistik məkanlarını gəzən Magyar gərgin diplomatik proqramın yorğunluğunu çıxarmaq üçün daha sonra Antalyaya yollanıb.

Antalyada yay tətilindən zövq alan Macarıstanın hökumət başçısı qaldığı otelin hovuzunun kənarında çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Magyar fotoya “Türkiyədən salamlar” qeydini əlavə edib.

