İtaliyanın “Leççe” klubunda çıxış edən zambiyalı cinah oyunçusu Lamek Banda yoxa çıxıb və həm klub rəhbərliyi, həm də agenti ilə əlaqəni kəsib.
“Corriere della Sera” nəşrinin məlumatına görə, futbolçu iyunun ortalarında Zambiyada keçirdiyi toy mərasimindən sonra İtaliyaya qayıtmalı idi. Lakin o, indiyədək komandanın düşərgəsinə gəlməyib və mövsümöncəsi hazırlığın başlanğıcını buraxıb.
Banda əvvəlcə gecikməni pasportla bağlı bürokratik problemlərlə izah edib. Daha sonra isə onunla əlaqə tamamilə kəsilib.
Mənbələrin məlumatına əsasən, futbolçu sonuncu dəfə bir neçə gün əvvəl Lusakadakı Kennet Kaunda adına hava limanında görülüb. O, uçuşa hazır vəziyyətdə görünsə də, İtaliyaya çatmayıb.
Hazırda onun harada olduğu barədə etibarlı məlumat yoxdur.

