19 
iyl
2023
18:26
218

Nazir yoxa çıxdı - 3 həftədir görünmür

19 iyl, 2023
18:26
218

Nazir yoxa çıxdı - 3 həftədir görünmür

Çinin Xarici İşlər Naziri Qin Qanqın iyunun 25-dən bəri ictimaiyyət arasında görünməməsi fərizyyələrə səbəb olub.


Den.az xəbər verir ki, bəziləri onun üzə çıxmamasını şəxsi münasibəti ilə əlaqələndirib.



Belə ki, nazir sonuncu dəfə iyunun 25-də Rusiya, Vyetnam və Şri-Lanka rəsmiləri ilə görüşdə iştirak edib.

O, bu ay Pekinə səfər edən ABŞ Maliyyə naziri Canet Yellenin keçirdiyi görüşlərə qatılmayıb.


ABŞ İqlim nümayəndəsi Con Kerri ilə də görüşməyib.


İyulun əvvəlində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə Pekində gözlənilən görüş də səbəbi açıqlanmadan ləğv edilib.

Çinli nazirin yoxa çıxmasının onun diktor Fu Xiaotianla olan münasibəti ilə əlaqələndirilər.

Qanqın keçən həftə Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) İndoneziya Sammitində Pekinin nümayəndə heyətinə rəhbərlik etməsi planlaşdırıldığı halda, sammitdən bir müddət əvvəl nümayəndə heyətinə başqa biri rəhbər təyin edildi.

ABŞ-ın “New York Times” qəzeti Qanqın yoxa çıxmasına Honq-Konqlu bir diktorla şəxsi münasibətinin səbəb ola biləcəyini iddia edib.


Çinli nazir hələki iddialarla bağlı açıqlama verməyib. 
Bakupost.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar