“İnter” 2025/26 mövsümü üzrə İtaliya futbol çempionatının qalibi adını vaxtından əvvəl təmin edib.
A Seriyasının 35-ci turunda “İnter” öz meydanında “Parma”nı 2:0 hesabı ilə məğlub edib.
Bununla Milan təmsilçisi xallarını 82-yə çatdırıb və mövsümün bitməsinə 3 tur qalmış ən yaxın izləyicisi “Napoli”ni 12 xal qabaqlayır.
Beləliklə, “İnter” tarixində 21-ci dəfə İtaliya çempionu olub və bu göstəriciyə görə ikinci yerdədir. Ən çox — 36 dəfə — “Yuventus” çempionluq qazanıb. Üçüncü yerdə isə 19 titulla “Milan” qərarlaşıb.

