UFC-nin sahibi olan TKO Group Holdings Ağ Evdə təşkil edilən turnirə görə 30 milyon dollar zərər qeydə alıb.
MMAFighting-in şirkətin maliyyə hesabatına istinadən yaydığı məlumata görə, ilkin xərclərin təxminən 60 milyon dollar olacağı gözlənilsə də, sponsorluq müqavilələri itkilərin bir hissəsini kompensasiya edib.
“UFC Freedom 250” turniri iyunun 15-nə keçən gecə Ağ Evin Cənub çəmənliyində keçirilib. Yarış Donald Trampın 80 illik yubileyinə və ABŞ-nin yaradılmasının 250-ci ildönümünə həsr olunub.
Bu tədbirdən yaranan zərərə baxmayaraq, UFC-nin 2026-cı ilin ikinci rübündə ümumi gəlirləri 29 faiz artıb. Artımın əsas səbəblərindən biri Paramount telekanalı ilə bağlanan yeni yayım müqaviləsi olub. Saziş təşkilata əlavə 64,7 milyon dollar qazandırıb.

