FC-nin iki çəki dərəcəsi üzrə keçmiş çempionu Konor Makqreqor İslam Mahaçevin UFC 330 turnirində irlandiyalı İen Qerriyə məğlub olacağını proqnozlaşdırıb.
Championship Rounds-un X sosial şəbəkəsində yaydığı məlumata görə, Makqreqor Qerrinin fiziki üstünlüklərinin döyüşdə həlledici ola biləcəyini bildirib.
“İrəli, Qerri. Onda lazım olan hər şey var: hündürdür, məsafəni yaxşı hiss edir və təhlükəsiz mövqedə qala bilər. Mahaçevin yarımorta çəkidə hələ sübut etməli olduğu şeylər var. Döyüşün nəticəsini necə görürəm? Baş nahiyəsinə sağ ayaqla dəqiq zərbə və irlandiyalı-braziliyalı döyüşçünün qələbəsi”, – Makqreqor yazıb.
Mahaçev və Qerri arasında döyüş 16 avqustda keçiriləcək UFC 330 turnirinin əsas qarşılaşması olacaq. Mahaçev yarımorta çəkidə çempionluq kəmərini qorumağa çalışacaq.
34 yaşlı Mahaçev yüngül çəkidə uzunmüddətli üstünlükdən sonra yarımorta çəkiyə keçib. O, yüngül çəkidə ardıcıl dörd uğurlu titul müdafiəsi ilə rekord müəyyənləşdirib, daha sonra Cek Della Maddalenanı məğlub edərək yeni çəki dərəcəsində də UFC çempionu olub.
Mahaçev karyerasında 29 döyüşün 28-də, Qerri isə 22 qarşılaşmanın 21-də qalib gəlib.

