Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo hazırkı mövsümün peşəkar futbolçu kimi karyerasının sonuncusu ola biləcəyini açıqlayıb.
41 yaşlı futbolçu Vogue jurnalına müsahibəsində deyib:
“Bu, yəqin ki, futbolda son ilimdir və geridə möhtəşəm bir miras qoymaq istəyirəm.”
Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu və iki dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” və hazırda formasını geyindiyi “Əl-Nəsr”də çıxış edib.
Onun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyununa qədərdir, buna görə açıqlama hələlik qəti təqaüdə çıxma elanı deyil, lakin Ronaldo karyerasının sonuna əvvəlkindən daha açıq şəkildə işarə edib.

