Argentina millisində Lionel Messi dövründən sonra yeni kapitan müəyyənləşib. Madrid “Atletiko”sunun müdafiəçisi Kristian Romero komandanın yeni kapitanı təyin olunub.
“TyC Sports”un məlumatına görə, bu qərarı Argentina millisinin baş məşqçisi Lionel Skaloni verib. Dəyişiklik Lionel Messinin avqustun 31-də milli komandadakı karyerasını başa vurduğunu elan etməsindən sonra baş verib.
Messi 15 il Argentina millisinin kapitanı olub. Onunla yanaşı, vitse-kapitan Nikolas Otamendi də milli komanda ilə vidalaşıb. 2026-cı il dünya çempionatında Romero kapitanlıq sıralamasında Messi və Otamendidən sonra üçüncü olub.
28 yaşlı müdafiəçi Argentina millisində indiyədək 58 oyun keçirib və üç qarşılaşmada kapitan sarğısı ilə meydana çıxıb. O, ilk dəfə ötən il Çili üzərində 1:0 hesablı qələbə zamanı komandaya kapitan kimi rəhbərlik edib. Daha sonra Venesuela ilə yoldaşlıq görüşündə və Mavritaniyaya qarşı 2:1 hesabı ilə başa çatan matçda da kapitan sarğısını daşıyıb.
Romeronun aktivində 2022-ci il dünya çempionluğu, 2026-cı il mundialının gümüş medalı və iki Amerika Kuboku çempionluğu var.

