Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışından əvvəl açılış mərasimi keçirilib.
Tədbir Bakı Şəhər Halqasında baş tutub. Azərbaycan Respublikasının Dövlət Himnini Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov səsləndirib.
Bu il Bakı Şəhər Halqası “Formula 1” üzrə dünya çempionatının mərhələsinə 10-cu dəfə ev sahibliyi edir.
Əsas yarış saat 15:00-da start götürür. Yarış 51 dövrədən ibarət olacaq.

