30 
yan
2024
23:13
172

“Günahkar mənəm” - Murad Musayev

30 yan, 2024
23:13
172

“Günahkar mənəm” - Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
“Den.az” xəbər verir ki, o, 1:7 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük.
İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi.
Nicatın ikinci qola qədər zədəsinə görə həkimləri niyə çağırmadığını anlamıram. Əslində təcrübəli futbolçudur. Yerə yıxılıb həkimləri çağırmalı idi. Zədən varsa, niyə oynayırsan? Çıxmaq lazımdır.
1:7 ağır nəticədir. Buna görə yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram. Amma bütün bunların öhtəsindən gəlməliyik”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar