“Qarabağ”ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçdə yerli “Hakken” klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
“Den.az” xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqib çox yaxşı komandadır. Sürətli və keyfiyyətli oyunçuları var. Amma biz buraya inamlı gəlmişik. Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik”.
Zubir “Qarabağ”ın böyük klub olduğunu söyləyib:
“Biz də bunu dərk edirik və gözləntilərin çox olduğunu bilirik. Hamı yaxşı nəticə gözləyir. Mən də məşqlərdə səylə çalışıram. İnkişaf etmək üçün əlimdən gələni edirəm”.
Qeyd edək ki, sabah baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Abdullah Zubir: Rəqib güclüdür, amma qalib gələcəyik - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.