Azərbaycanda yanvarın sonuna unun son topdansatış qiymətləri məlum olub.
“Den.az” Trend”ə istinadən xəbər verir ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl” MMC (26 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).
Beləliklə, qiymətlər son iki aya nəzərən dəyişməyərək eyni səviyyədə qalıb.
Bu ilin yanvarın 30-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;
“Anadoluqida” və “AVETA” və “KARAT HOLDİNQ” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat;
“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;
“Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Xırman”, “SKY AGRO” MMC-lər, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat;
“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,60 manat;
“Dəvəçi-Taxıl” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;
“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,35 manat;
“Hazartürk LTD”, “Sünbül 2012”, “Taxıl AQRO” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
“NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat;
“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat;
“Qarabağ un” MMC- yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,80 manat.
Unun topdansatış qiyməti bahalaşıb? - Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.