Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb. Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb. Unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?
Den.az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, il ərzində unun qiymətində daimi olaraq dəyişikliklər baş verir.
“Statistikaya nəzər salsaq, ötən ilin dekabr ayından etibarən unun qiymətində ucuzlaşma müşahidə olunurdu. Lakin avqust ayından etibarən buğdanın qiymətindən asılı olaraq unun da qiymətində bahalaşma qeydə alınıb".
Ekspert qeyd edib ki, Azərbaycan idxala bağlı ölkədir.
"Ümumi olaraq ölkəmizdə il ərzində 3,9 milyon ton taxıl istehlak edilir. Bunun ortalama olaraq 1,9 milyon tonunu Azərbaycan özü istehsal edir. Geri qalan hissəsi isə idxaldır".
E.Səfərli qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər taxıl ehtiyatı var.
"Hazırda unun qiymətinin qalxması ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək. Amma unun bahalaşması tendensiyası davam edərsə, onda çörəyin qiyməti bahalaşa bilər", - deyə o qeyd edib.
Unun qiyməti qalxdı - Çörək nə qədər bahalaşacaq?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.