Qazaxıstan 2025-ci ildə Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə 1,3 milyon ton neft nəql edib.
Bu barədə milli neft-qaz şirkəti KazMunayGasin mətbuat xidməti məlumat verib.
Şirkətdə bildirilib ki, 2025-ci ilin yekunlarına görə, Aktau limanından Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin daşınma həcmi 1,3 milyon tona çatıb. 2026-cı ildə tədarükün 1,6 milyon tonadək artırılması planlaşdırılır.
KazMunayGas vurğulayıb ki, bu marşrut Qazaxıstan neftinin dünya bazarlarına çıxarılması üçün əsas alternativ ixrac istiqamətlərindən biri olaraq qalır.

