Avropa İttifaqında 2025-ci ilin dördüncü rübündə müflis olan şirkətlərin sayı 2,5 faiz artıb. Bu barədə Aİ-nin statistika idarəsi məlumat yayıb.
Ən ciddi artım mehmanxana və ictimai iaşə sektorunda (+8,6 faiz) qeydə alınıb. İnformasiya və kommunikasiya sahəsində artım 7,9 faiz, nəqliyyatda isə 5,6 faiz olub. Azalma yalnız ticarətdə (-3,4 faiz) və maliyyə sektorunda (-0,7 faiz) müşahidə edilib.
Oktyabr-dekabr aylarında Aİ-də yeni müəssisələrin qeydiyyatı 0,5 faiz artıb. Ən yüksək artım informasiya və kommunikasiya sahəsində (+6,4 faiz) qeydə alınıb. Eyni zamanda ticarətdə (-0,3 faiz), tikinti və nəqliyyatda (-0,1 faiz) geriləmə olub.
Avrozonada isə 2025-ci ilin dördüncü rübündə müflis olan şirkətlərin sayı 3,5 faiz artıb, yeni qeydiyyatlar isə 0,2 faiz yüksəlib.

