Azərbaycan və İsrail təmiz enerji sahəsində ikitərəfli əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər.
DenMedia.az report-a istinadən xəbər verir ki, bu barədə “Yaşıl enerji dəhlizi” (GECO, Black Sea Energy) birgə müəssisəsinin baş direktoru Fərhad Məmmədov sosial şəbəkədə məlumat verib. Layihə Xəzər–Qara dəniz–Avropa marşrutu üzrə “yaşıl enerji” ixracını nəzərdə tutur.
Onun sözlərinə görə, Azərbaycan və İsrailin enerji nazirliklərinin nümayəndələri arasında keçirilən onlayn görüşdə GECO layihəsinin təqdimatı edilib. Təqdimatda layihənin strateji baxışı, regional əhəmiyyəti və indiyədək əldə olunan irəliləyiş diqqətə çatdırılıb.
Tərəflər həmçinin təcrübə mübadiləsi və gələcəkdə təmiz enerji sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

