BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondurmağı nəzərdən keçirir.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşrin yazdığına görə, əgər bu addım həyata keçirilsə, Tehran xarici valyutaya və beynəlxalq ticarətə çıxış imkanlarının bir hissəsini itirə bilər.
Məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri mümkün tədbirlər barədə İran tərəfini artıq xəbərdar ediblər.
Lakin qeyd olunur ki, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

