İran şənbə günü İraqa elektrik enerjisi istehsalı üçün vacib olan qaz tədarükünü bərpa edib.
Al Arabiya telekanalının məlumatına görə, İraqın Energetika Nazirliyi bildirib ki, İrandan gündəlik 5 milyon kubmetr qaz yenidən ölkəyə daxil olur.
Qeyd olunur ki, İraqın enerji sistemi böyük ölçüdə İran qazından asılıdır.
Xatırladaq ki, tədarüklər martın 19-da ABŞ-İsrail hərbi əməliyyatı çərçivəsində İranın “Cənubi Pars” qaz yatağına zərbə endirildikdən sonra dayandırılmışdı.
Döyüş əməliyyatlarından əvvəl İran İraqla yay aylarında gündə təxminən 50 milyon kubmetr, qışda isə bunun yarısı qədər qaz tədarükü barədə razılığa gəlmişdi.

