İraqın Energetika Nazirliyi texniki səbəblərə görə İrandan ölkəyə qaz tədarükünün dayandırıldığını açıqlayıb.
Bu barədə Yaxın Şərq KİV-lərinə istinadən “İnterfaks” yazır.
Nazirliyin bəyanatında bildirilir ki, İran tərəfi gözlənilməz hallar səbəbindən qaz tədarükünün tam dayandırılması ilə bağlı Energetika Nazirliyinə teleqram göndərib.
Tehranda isə dəqiqləşdirilib ki, qaz tədarükünün dayandırılmasına ölkənin bir sıra energetika obyektlərində yaranmış texniki problemlər səbəb olub.

