Birinci rübün yekunlarına görə, Avropa İttifaqının 16 ölkəsində dövlət borcu rekord həddə yüksəlib.
Bu barədə Avrostatın məlumatlarında bildirilib.
Aİ-yə üzv 27 ölkənin ümumi dövlət borcu 327,3 milyard avro artaraq 15,705 trilyon avroya çatıb. Bu, müşahidələr dövründə qeydə alınan ən yüksək göstəricidir.
Ən böyük dövlət borcu Fransada qeydə alınıb. Ölkənin borcu 3,536 trilyon avroya yüksəlib.
İtaliya, Almaniya, İspaniya, Belçika və Avstriyada da dövlət borcu tarixi maksimuma çatıb.
Rekord göstəricilər həmçinin Finlandiya, Rumıniya, Macarıstan, Slovakiya, Xorvatiya, Litva, Lüksemburq, Latviya, Malta və Estoniyada qeydə alınıb.
Avrostatın statistikası 1994-cü ildən sonrakı dövrü əhatə edir. Hazırkı borc səviyyəsi bütün müşahidə dövrü üzrə ən yüksək göstərici hesab olunur.

