Azərbaycan Qazaxıstan neftinin qəbul həcmini ildə 2,2 milyon tona qədər artırmağa hazırdır.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, hazırda Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə ildə təxminən 1,2 milyon ton Qazaxıstan nefti nəql olunur.
Nazirliyin rəsmi nümayəndəsi Asel Serikpayeva bildirib ki, iyulda Xəzər Boru Kəməri Konsorsiumunun neft qəbuluna müvəqqəti məhdudiyyət tətbiq etməsi səbəbindən həcmlərin bir hissəsi alternativ marşrutlara yönəldilib.
Bu marşrutlara Aktau limanı istiqaməti, Atasu–Alaşankou və Atırau–Samara xətləri daxildir.

