ABŞ Prezidenti Donald Tramp ölkənin rekord həddə çatan dövlət borcunun iqtisadi artım hesabına azaldıla biləcəyini düşünür.
Bu barədə The Washington Post məlumat yayıb.
Tramp son 35 il ərzində formalaşan borc probleminə münasibət bildirərək, əsas çıxış yolunu iqtisadiyyatın daha sürətli böyüməsində gördüyünü qeyd edib.
ABŞ-ın dövlət borcu 40 trilyon dollar həddini keçərək yeni tarixi rekorda çatıb.
Mövcud artım tempinə əsaslanan analitik proqnozlara görə, 2030-cu ilə qədər ABŞ-ın dövlət borcu 50 trilyon dolları keçə bilər.
ABŞ Konqresinin Büdcə İdarəsi də dövlət borclanmasının artmaqda davam edəcəyini proqnozlaşdırır.
Qurumun hesablamalarına görə, 2036-cı ildə dövlət borcunun həcmi ölkənin ÜDM-indən 20 faiz çox ola bilər.

