Neftçalada kişi qayınatasını və arvadına xəsarətlər yetirib.
Den.az xəbər verir ki, hadisə Xıllı qəsəbəsində qeydə alınıb.
Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu parkda vintaçanla yaralayıb. Sonra isə öz arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək ona da bədən xəsarətləri yetirib.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Den.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.