Lerik rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.
Onun üzərinə baxış zamanı təxminən 20 kiloqram marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Lerik ərazisində əldə etdiyi narkotik vasitələri satış məqsədilə müxtəlif ünvanlara çatdırmaq üçün İran vətəndaşı ilə razılaşıb.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

