Binəqədi rayonunda qadının üzərinə kimyəvi maddə tökərək ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də Binəqədi rayonu 28 May qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü qadın dayanacaqda olarkən əvvəllər münasibətdə olduğu 1986-cı il təvəllüdlü Alim Babayev tərəfindən üzərinə kimyəvi yandırıcı maddə tökülüb. Nəticədə qadın üz və sol qol nahiyəsindən yanıq xəsarətləri alıb.
Cinayəti törədib hadisə yerindən qaçan həmin şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Keçmiş sevgilisi qadının üzərinə yandırıcı maddə tökdü
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

